Çin dili alətlərinin məkanı olan Çin Dili Çeviricisinə xoş gəlmisiniz

Çin Dili Çeviricisində çin dilini öyrənmək üçün çoxlu alətlər var:

Adınızın Çin Dilində Yazılışını Tapın - İngilis dilində adınızı daxil edin və konverter adınızı çin dilinə çevirəcək. Burada minlərlə çin adı var və sizin də adınızı çin hərfləri ilə görmək əla olar.

Çin Dilindəki Mətnin İstiqamətini Dəyişin - Mətni daxil edərək onun sağdan sola, yuxarıdan aşağıya və ya yuxarıdan aşağıya, sonra sağdan sola getməsini seçə bilərsiniz. Şəkil, mətn və ya PDF formatında çıxarıla bilər.

Mətni Çin Dilində Daxil Edin Və Səsləndirin - Mətni ənənəvi və ya sadələşdirilmiş çin dilində çərçivəyə daxil edərək mandarin dialektində hərfbəhərf dinləyin.

Çin Dilində Yeni İl Kağızları Yaradın - Geniş çeşiddə 3 bannerdən ibarət dəstlər yaradın.

Heroqlif Xəttinin Yazılma Qaydasını Tapın - Çin dilində mətni daxil edərək hər heroqlif üçün yazma qaydasını animasiya şəklində izləyin. Hər heroqlifin ayrı-ayrılıqda və ya bütün mətnin görüntülənməsini seçə bilərsiniz. Həmçinin mətnin rəngini və görüntülənmə sürətini seçə bilərsiniz.

Heroqlif Məşq Vərəqləri Yaradın - Bu alət sizə çin dilinin heroqliflərini yazmağı öyrənmək üçün öz çalışma vərəqlərinizi yaratmaq imkanı verir. Hanzini seçə, yazılma qaydasını görüntüləyə, iş vərəqinə pinyin əlavə edə və iş vərəqinin üslubu və şrifti kimi seçimləri edə bilərsiniz. Bunları etdikdən sonra PDF yaradaraq iş vərəq(lər)inizi çap edə bilərsiniz.

Rəqəmləri Çin Rəqəmlərinə Çevirin - Ərəb rəqəmlərini (yəni 1234) çin rəqəmlərinə və ya formal çin rəqəmlərinə (banklarda istifadə olunur) çevirə və pinyin əlavə edilə bilərsiniz. Həmçinin çin rəqəmlərini ərəb rəqəmlərinə çevirə bilərsiniz.

Sadələşdirilmiş-Ənənəvi Çevirmə - Sadələşdirilmişdən ənənəviyə və ənənəvidən sadələşdirilmişə çevirmək üçün faydalı alət.

Mətndən Şəklə Çevirmə - Şrifti və rəngi seçərək mətni daxil edin və mətn şəkil formatına çevriləcək.

Pinyin Çevirmə - Çin heroqliflərini pinyinə çevirir. Bu alət sadələşdirilmiş və ənənəvi çin heroqliflərini pinyinə çevirir. Pinyin Çində və bir çox ölkələrdə çin dilini öyrənənlər tərəfindən istifadə olunan romanlaşdırmadır.

Çuyin Aləti - Çin heroqliflərini çuyinə (bomopofo kimi də tanınır) çevirir. Çuyin Tayvanda istifadə olunan fonetik əlifbadır. Həmçinin çuyini pinyinə (çin dilinin romanlaşdırılması) çevirə bilərsiniz.

Unikod Aləti - Çin heroqliflərini (hanzi) unikoda, unikodu çin heroqliflərinə, pinyini unikoda və unikodu pinyinə çevirir. Unikod çin dilində olan mətni onlayn görüntüləmək üçün istifadə olunur.

Pinyin Ton Çevirmə - Rəqəmli pinyini tonlu pinyinə və tonlu pinyini rəqəmli pinyinə çevirir.

Çin Heroqliflərini Hanqula Çevir - Bu alətlə çin heroqliflərini yazaraq hanqul versiyasını görə bilərsiniz.

Çin Heroqliflərini Katakanaya Çevir - Çin heroqliflərini daxil edərək katakana versiyasını görə bilərsiniz. Həmçinin katakanaya tonlar əlavə edə bilərsiniz. Bu alət Zenkaku, Hankaku və Hiraganaya çevirə bilər.

Çin Heroqliflərini Kiril Əlifbasına Çevir - Çin heroqliflərini daxil edərək kiril versiyasını görə bilərsiniz. Bu alət çin dilindən kiril əlifbasına çevirmir, sadəcə fonetik olaraq çin hərflərini sıralayır. Həmçinin kiril əlifbasına tonlar əlavə edə bilərsiniz.

Çin Dilində Qohumluq Əlaqələri - Çin dilində qohumluq əlaqələrini dəqiq bəlli etmək çətindir. Bu alət vasitəsilə qohumu və onun sizinlə əlaqəsini seçərək çin dilindəki adını görə bilərsiniz.

Mətnin Sadələşdirilmiş Və Ya Ənənəvi Çin Dilində Olmasını Müəyyən Edin - Çin dilindəki mətni yapışdırın və hansı növdə olduğunu görün.

Heroqliflərin Sayını Hesablayın - Mətni hanzi formatında yapışdırın və mətndəki heroqliflərin sayını görün.

Çin Astroloji İli - Doğum tarixinizi daxil edərək hansı çin astroloji ilində anadan olduğunuzu öyrənin.

Çin Dilində Alt Yazı Çeviricisi - Alt yazılarını (SRT) sadələşdirilmişdən ənənəvi çin dilinə çevirin.

Çin DİLİNDƏ MƏTN TXT ÇEVİRİCİSİ - Mətn fayllarını (TXT) sadələşdirilmişdən ənənəvi çin dilinə çevirin.

 

Sözlük alətləri

Bayraq Emojisinin Adını Öyrən - Bayraq emojisini daxil edərək onun çin dilindəki pinyin ilə adını öyrənin. Sadələşdirilmiş və ənənəvi çin mətni seçimi.

Çin Dilində Antonim Axtarışı - Əks mənasını (antonimini) axtardığınız sözü daxil edərək pinyin ilə antonomini görə bilərsiniz.

Çin Dilindəki Çenqyuların (İdiomlar) Axtarışı - Heroqlifi axtarış verərək onun hansı çenqyuda olduğunu görə, həmçinin ifadə və ya xüsusi heroqliflə, yəni çenqyudakı 4-cü heroqlif ilə axtarış verə bilərsiniz. Sadələşdirilmiş, ənənəvi və pinyin ilə.

Dövri Cədvəl - Çin dilindəki dövri cədvəldən istifadə edərək elementlərin çin dilindəki adlarını axtarıb tapa bilərsiniz.

________

Kanton Alətləri - Kanton və Yutpinq alətlərindən ibarət Kanton Öyrənmə Alətləri.




Copyright

© 2012-2021 Shudian Ltd.|Privacy Policy & Terms of Use|Contact us

- All rights reserved.